BMT İdlibdə savaşdan nigarandır
-
BMT İdlibdə savaşdan nigarandır
BMT-nin humanitar məsələlər üzrə koordinatoru Banus Momsis deyir ki, Suriyanın İdlib vilayətində savaşın başlanması ilə təqribən iki milyon nəfər didərgin olacaqdır.
Bu sözlər elə bir halda söylənir ki, Suriya rəsmiləri dəfələrlə bildiriblər ki, İdlibdə insan qalxanı kimi istifadə olunan vətəndaşlarını terror qruplarından xilas etmək üçün əllərindən gələni əsirgəməyəcəklər.
Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətinin cənub bölmələrində, həmçinin Həmah vilayətinin bəzi hissələrində və Laziqiyyədə döyüşlər aprel ayından şiddətlənibdir.
Suriya ordusu aprel ayının sonlarından terrorçuların nəzarəti altında olan məntəqələrə qarşı hücumlarını şiddətləndirməklə İdlib vilayətinin cənub-qərb və Həmah vilayətinin şimal-qərb və şimal bölmələrini terror qruplarının işğalından azad edib.
İdlib və Həmah vilayətləri terrorçuların Suriyadakı sonuncu bazalarıdırlar.