Bir il ərzində Fransada 50 min etiraz aksiyası keçirilib
İyun 17, 2019 15:05 Asia/Baku
-
Bir il ərzində Fransada 50 min etiraz aksiyası keçirilib
Fransanın daxili işlər naziri, Emmanuel Makronun siyasətlərinə etiraz edənlərin ötən ilin sonlarından bəri əlli min aksiya keçirmələrindən xəbər verib.
Fransanın daxili işlər naziri Kristof Kasataner “Cournal De-Manç” nəşri ilə müsahibədə deyib ki, 2018-ci ilin noyabr ayının əvvəlindən bəri paytaxtda və Fransanın bir çox şəhərində təqribən əlli min aksiya qeydə alınıb. Bu aksiyalar “sarı jiletlilər” adlı etirazçılar tərəfindən keçirilibdir.
Fransa prezidenti Emmanuel Makronun iqtisadi proqramlarına qarşı çıxanlar ötən ilin noyabr-dekabr aylarından bəri və onun hökuməti yanacağa vergilərin artırıldığını elan etməsindən sonra hər həftə Parisdə və bu ölkənin müxtəlif şəhərlərində aksiya keçirirlər.