Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i344423-bağdad_partlayışlarında_23_nəfər_ölüb_və_yaralanıb
İraqlı mənbələr dünən gecə paytaxt Bağdadın cənub-qərbindəki Əlməalif məntəqəsinin yaxınlığındakı hüseyniyyəsində iki partlayışın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2019 04:02 Asia/Baku
  • Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb
    Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

İraqlı mənbələr dünən gecə paytaxt Bağdadın cənub-qərbindəki Əlməalif məntəqəsinin yaxınlığındakı hüseyniyyəsində iki partlayışın baş verməsindən xəbər veriblər.

İraqlı mənbələr bildiriblər ki, bu iki partlayışda azı üç nəfər ölüb, 20 nəfər də yaralanıbdır.

Bu partlayışlardan sonra iraqlı təhlükəsizlik-yardım qüvvələri məntəqəyə gəliblər. Onlar təhlükəsizlik tədbirləri görərək, yaralıları müalicə mərkəzlərinə köçürüblər.

İraqda İŞİD terror qrupunun məğlub olmasına rəğmən, hələ də bu terror qrupunun bir qrup üzvü bu ölkənin müxtəlif məntəqələrində iştirak edir və pərakəndə şəkildə terror hərəkətlərinə əl atır.