Netanyahu AB-nin mövqeyindən qəzəblənib
-
Netanyahu AB-nin mövqeyindən qəzəblənib
Sionist rejimin baş naziri bazar ertəsi günü gecə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin İranın nüvə anlaşması addımları barədəki sözlərindən təəssüflənib. Bildirib ki, sionist rejimin gözləntisi bu birliyin İrana qarşı təzyiq göstərməsidir.
Benyamin Netanyahu Federika Moqerininin dünən axşam Avropa Birliyinin xarici işlər nazirləri iclasından sonra İranın nüvə anlaşması addımları barədəki sözlərinə etiraz və onları tənqid edib. Deyib ki, Avropa İranın nüvə fəaliyyətləri ilə sərt davranmalıdır.
Sionist rejim elan olunmamış nüvə silahları və təsisatlarına malikdir. Bu rejim hətta nüvə silahlarının yayılmasını qadağan edən paktı belə imzalamayıbdır. Belə olan halda, Netanyahu qeyd edib ki, avropalılar laqeyd olsalar da sionist rejim Amerikanın həmkarlığı ilə İranın nüvə proqramının qarşısını almaq üçün lazım olan hər bir işi görəcəkdir.
Moqerini dünən bir mətbuat konfransında deyibdir ki, nüvə anlaşmasında qalmış tərəflərdən heç biri İranın bu anlaşmaya öhdəliklərinin azalmasını "onun əsaslı şəkildə pozulması" hesab etmir və bu tərəflərin heç biri həmin anlaşmada ixtilafın həlli üzrə mexanizmi fəallaşdırmaq niyyətində deyildir.