Yəmənin Əlhudəydə əyalətində 18 səud təcavüzkarı ölüb və yaralanıb
Sen 28, 2019 11:41 Asia/Baku
-
Yəmənin Əlhudəydə əyalətində 18 səud təcavüzkarı ölüb və yaralanıb
Yəmən mediaları bu ölkənin qərbində ordunun və xalq komitələri snayperlərinin əməliyyatında təcavüzkar səud koalisiyasının on səkkiz muzdurunun ölməsi və yaralanmasından xəbər veriblər.
Yəmənin ordusu və və xalq komitələri qüvvələri ərəbistan təcavüzkarları və muzdurlarının Əlhudəydə vilayətində irəliləyiş üzrə iki əməliyyatını uğursuz qoyublar. Onlardan bir qrupu ölüb və ya yaralanıbdır.
Digər tərəfdən, Yəməndə əsirlərin məsələləri üzrə milli komitənin sədri Əbdulqadir Əlmurtəza dünən düşmən tərəfindən əsir alınmış ordu və xalq komitələri qüvvələrindən on üç nəfərin azad edilməsindən xəbər verib.
Əlmurtəza deyib: Bu əsirlər Əlcuf və Şəbvəh cəbhələrində əsirlər mübadiləsi əməliyyatından sonra azad ediliblər.