Yəməndə səud-amerikan cinayətləri barədə sənədlər sərgisi açılıb
-
Yəməndə səud-amerikan cinayətləri barədə sənədlər sərgisi açılıb
Yəmənin daxili işlər nazirliyi təcavüzkarlar koalisiyasının Yəməndəki cinayətlərini əks etdirən sərgi keçirərək, ölən və yaralananların sayı barədə statistika təqdim edibdir.
Yəmən milli qurtuluş dövlətinin baş naziri Əbduləziz bin Həbtur bu gün bir neçə rəsmi ilə yanaşı təcavüzkar səud koalisiyasının Yəməndəki cinayətlərilə bağlı cinayət faktları sərgisi açıb.
Bin Həbtur deyib: Toplanmış bütün sənəd və faktlar dünyaya elan olunacaq və elə sənədlər mövcuddur ki, bu sənədlər beynəlxalq və qanuni təşkilatlara təqdim olunacaq.
Cinayət faktları sərgisində təqdim olunan statistikalara əsasən, indiyədək 12260 nəfər yəmənli, o cümlədən 1769 qadın və 2533 uşaq səud koalisiyasının hücumlarında öldürülüb. Yaralıların sayı 20476 nəfərə çatıbdır ki, onların arasında 3015 qadın və 4005 uşaq vardır.