İraqda Hüseyn Ərbəini yürüşü başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i349530-İraqda_hüseyn_Ərbəini_yürüşü_başlanıb
Kərbəla əsirləri karvanının Şama daxil olmasının ildönümü günü ilə bir zamanda Hüseyn Ərbəini yürüşü kimi möhtəşəm mərasim İraqın ən cənub nöqtəsindən başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2019 09:33 Asia/Baku
  • İraqda Hüseyn Ərbəini yürüşü başlanıb

Kərbəla əsirləri karvanının Şama daxil olmasının ildönümü günü ilə bir zamanda Hüseyn Ərbəini yürüşü kimi möhtəşəm mərasim İraqın ən cənub nöqtəsindən başlanıb.

Dünən muhərrəmulhəram ayının 28-i, Kərbəla əsirlərinin Şama daxil olmalarınn ildönümü günündə İraqda möhtəşəm Hüseyn Ərbəini yürüşü başlanıb.

1441-ci hicri qəməri ili səfər ayının 20-si, 2019-cu il oktyabrın 19-u, dünya şiələirnin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin Kərbəla düzündə şəhid olmalarının ərbəinidir. Dünyanın hər yerindən milyonlarla zəvvar bu gündə Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən Kərbəla şəhərinə daxil olur.

İraqlı mənbələrin rəsmi statistikalarına görə, 14 milyon nəfərə yaxın zəvvar ötən ilin Ərbəin ziyarəti yürüşündə iştirak etmişdi.