Okt 01, 2019 21:37 Asia/Baku
  • İraq Ərbəin zəvvarlarını qəbul etməyə hazırdır
    İraq Ərbəin zəvvarlarını qəbul etməyə hazırdır

İraqın daxili işlər nazirliyi bu ölkənin Hüseyn(ə) Ərbəini mərasimini keçirməyə və Kərbəla zəvvarlarını qarşılamağa hazır olduğunu bildirib.

İraqın daxili işlər nazirliyinin bildirdiyinə görə, bu ölkənin daxili işlər naziri Yasin Tahir Əlyasəri Kərbəlaya səfərdə deyib ki, Hüseyn(ə) Ərbəini mərasiminin keçirilməsi, həmçinin İraq şəhərlərindən və digər ölkələrdən zəvvarların daxil olmalarının asanlaşdırılması üçün bütün lazımi tədbirlər görülüb.

İraqın daxili işlər naziri qeyd edib ki, Kərbəlada Hüseyn(ə) Ərbəini mərasiminin təhlükəsizlik layihəsinin icrası istiqamətində lazımi göstərişlər də verilibdir.

Səfər ayının 20-si, oktyabrın 19-u, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin vəfalı köməkçilərinin Kərbəla düzündəki şəhadətlərinin ərbəinidir.

Hər il bütün dünyadan milyonlarla zəvvar bu gündə Hüseyn(ə) Ərbəini mərasimində iştirak etmək üçün Kərbəla şəhərinə daxil olur.

 

Teqlər