Okt 05, 2019 08:06 Asia/Baku
  • Ənsarullah-dan ərəbistan rəsmisinin iddiasına reaksiya
    Ənsarullah-dan ərəbistan rəsmisinin iddiasına reaksiya

Yəməndə Ənsarullah hərəkatının siyasi bürosunun üzvü ərəbsitan müdafiə nazirinin müavini Xalid bin Salmanın ərriyad-ın atəşkəs çağırışına pozitiv baxışı haqda vurğulayıb ki, ərəbistan əməldə Yəməndə atəşkəsə sədaqətini sübut etməlidir.

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd Əlbuxəyti dünən Qətərin Əlcəzirə telekanalı ilə müsahibədə əlavə edib: Biz səudların təkcə danışmalarını deyil, həm də real addım atmalarını gözləyirik.

Ərəbistan qırıcılarının Yəməni bombalamağa davam etdiklərini nəzərə çarpdıran Əlbuxəyti bildirib ki, indiyə kimi Yəmənin atəşkəs planına heç bir müsbət cavab verilməyibdir.

Ənsarullah hərəkatının siyasi bürosunun üzvü vurğulayıb: Yəmən bu birtərəfli atəşkəsi elan edibdir ki, bölgədə sülhün reallaşması, mühasirəyə son qoyulması və savaşın dayandırılmasına zəmin yaranmış olsun.

 

 

Teqlər