Livanda yanğın yüz milyonlarla dollar xəsarət törədib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350567-livanda_yanğın_yüz_milyonlarla_dollar_xəsarət_törədib
Livanın meşəlik və dağlıq bölgələrində geniş yanğın payız küləklərinin əsməsi səbəbindən böyük xəsarətlər törədibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2019 14:12 Asia/Baku
  • Livanda yanğın yüz milyonlarla dollar xəsarət törədib
    Livanda yanğın yüz milyonlarla dollar xəsarət törədib

Livanın meşəlik və dağlıq bölgələrində geniş yanğın payız küləklərinin əsməsi səbəbindən böyük xəsarətlər törədibdir.

Livanlı rəsmilərin bu nadir yanğından irəli gələn xəsarətlərin miqdarı barədə fərqli  statistikalar təqdim etmələrinə rəğmən, həmin statistikalar yüz milyonlarla dollar xəsarətdən xəbər verir.

Livan ərazisinin 1500 hektar ərazisində meşə və bitki örtüyünün yüz faiz dağılması və dağlıq bölgələrdən iki min hektara 20-65 faizlik xəsarətin dəyməsi bu yanğının həmin ölkənin ətraf mühitinə vurduğu zərərin bir hissəsidir. Elektrik xətləri və əlaqə yollarına zərərin dəyməsi, onlarla ev və avtomobilin yanması da Livandakı böyük yanğının digər xəsarətlərindəndir.