Suriya ordusu Əynulərəb-ə daxil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i350643-suriya_ordusu_Əynulərəb_ə_daxil_olub
Suriya ordusu dünən axşam bu ölkənin şimalında yerləşən Hələb vilayətinin Əynulərəb- Kubani şəhərinə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2019 05:32 Asia/Baku
  • Suriya ordusu Əynulərəb-ə daxil olub
    Suriya ordusu Əynulərəb-ə daxil olub

Suriya ordusu dünən axşam bu ölkənin şimalında yerləşən Hələb vilayətinin Əynulərəb- Kubani şəhərinə daxil olub.

Suriyanın ordu qüvvələri bu ölkə hökumətilə Suriya kürdləri arasında öncədən əldə olunmuş razılaşmaya əsasən, Əynulərəb- Kubani şəhərinə daxil olublar.

Türkiyə ordusunun Suriyanın şimalına hücumundan sonra Suriya demokratik qüvvələri, başqa sözlə, Suriya kürdləri bu ölkə hökumətindən istədilər ki, Suriyanın şimal bölgələrinin nəzarətini əlinə alsın və onları Türkiyənin hücumları qarşısında qorusun.

Bu razılaşmaya görə, Suriya ordusu bu ölkənin şimalındakı bütün sərhəd bölgələrinin nəzarətini əlinə alacaq.

Suriya kürdlərinin muxtar bölgə idarəsi qeyd edib ki, Türkiyənin təcavüzü ilə mübarizə üçün Suriya kürdləri ölkənin suverenliyi və sərhədlərini himayə vəzifəsinə malik olan mərkəzi hökumətlə razılığa gəliblər.

Türkiyə ordusu ötən həftənin çərşənbə günündən “terrorizmlə mübarizə” və “Suriya-Türkiyə sərhədinin Ankaranın terrorçu adlandırdığı yarımhərbçilərdən təmizlənməsi” bəhanəsilə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın əmri ilə Suriyanın şimalına hücum edibdir.

Türkiyənin vitse-prezidenti Fuad Oktay üzdəniraq “Sülh bulağı” adlı əməliyyatın rəsmən başlanmasından sonra iddia etdi ki, Türkiyənin əməliyyatında məqsəd, sülhün Suriyaya qaytarılmasıdır.

Bu əməliyyat Amerikanın yaşıl işığı ilə başlanıbdır.

Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatı geniş beynəlxalq qınaqla qarşılanıbdır.

Suriya rəsmiləri vurğulayıblar ki, suriyalılar özlərinin ərazi bütövlükləri və suverenliklərini müdafiə edəcəklər.

Bəzi qaynaqların bildirişlərinə əsasən, bu hücumda indiyədək azı 270 nəfər öldürülüb.

Türkiyə ordusu ötən üç il ərzində bir neçə dəfə Suriya ərazisinə təcavüz edib.