Sionist hərbçilər etirazçı fələstinlilərə basqın ediblər
-
Sionist hərbçilər etirazçı fələstinlilərə basqın ediblər
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilindəki Nablus və Ramallah bölgələrinə qarşı hücumlarında 50-dən çox fələstinli yaralanıb.
Sionist qəsəbə sakinləri sionist hərbçilərin dəstəyi ilə fələstinlilərin torpaqlarını ələ keçirmək üçün onların torpaqlarına basqın etdilər. Aksiya keçirməklə sionist qəsəbə sakinləri ilə mübarizəyə qalxan Əl-Musaiəh, əl-Məğir və Əbu Fəllah kəndlərinin sakinləri sionist hərbçilərin hücumuna tuş gəliblər.
Bu torpaqların sahiblərindən olan Əbu Xəlil belə deyib: Bu, bizim əcdadlarımızın torpağıdır. Bu üzdən, sionist qəsəbə sakinlərinə müqavimət göstərəcəyik.
Bu torpaqların sahiblərindən digər birisi, Xanım Əlhiccə də deyib: Buraya torpaqlarımızı qorumaq üçün gəlmişik.
Sionist hərbçilər tərəfindən gözyaşardıcı qaz, plastik və hərbi güllələrdən istifadə olunmaqla onlarla fələstinli yaralanıb. Etirazlar zorakılığa çevrilib və sionist hərbçilər ərazi oğurluğuna etiraz edən bir qrup fələstinlini həbs ediblər.
Yasir Həccə- bu torpaqların sahiblərindən başqa birisi isə belə deyib:
Bu torpaq əcdadlarımıza aiddir və atalarımız bizə miras qoyublar. Sionistlər onları etaplarla ələ keçirməkdədirlər. Neçə il idi ki, bu miqyasda qarşıdurma baş verməmişdi.
Sionistlərin artmaqda olan hərəkəti qarşısında fələstinlilərin öz torpaqlarını qorumaqdan savayı bir çarələri yoxdur.