Türkiyənin Suriyadakı hərbi əməliyyatı zamanı on altı mindən çox insan didərgin düşüb
BMT bildirib ki, Türkiyənin Suriyadakı hərbi əməliyyatı zamanı on altı mindən çox insan didərgin düşüb.
BMT baş katibinin sözçüsü Stefan Ducarrik dünən bildirib ki, mövcud məlumatlara və və bu beynəlxalq orqanın ən yeni statistikalarına görə, Suriyanın Türkiyə ilə sərhədi yaxınlığında yerləşən Mənbic və Hələbin şimalında 16 min 200 nəfər didərgin düşüb.
Ducarrik həmçinin Suriyanın şimal-şərq düşərgələrindəki İŞİD terror qrupunun üzvləri barədə belə deyib: Hazırda dünya ölkələri arasında İŞİD terror qrupuna üzv olan vətəndaşlarının geri qaytarılması və ədalətli mühakimə olunması ilə bağlı danışıqlar gedir.
Əməliyyat ABŞ-ın üstüörtülü koordinasiyası ilə aparılıb və geniş beynəlxalq qınaqla üzləşib.
Ankara ilə Vaşinqton arasındakı razılaşmaya əsasən, beşgünlük atəşkəs bərqərar edilibdir.