Səud koalisiyasının qırıcıları bir sutka ərzində Yəmənə qarşı 170 hücum keçiriblər
Okt 24, 2019 10:47 Asia/Baku
-
Səud koalisiyasının qırıcıları bir sutka ərzində Yəmənə qarşı 170 hücum keçiriblər
Yəmən Silahlı Qüvvələrinin sözçüsü dünən gecə təcavüzkar səud koalisiyası qırıcılarının Yəmənin şimal bölgələrinə qarşı geniş hücumlarından xəbər verib.
Yəhya əl-Sərii bildirib ki, təcavüzkar səud koalisiyasının qırıcıları ötən sutka ərzində 170 dəfədən çox Yəmənin şimalında yerləşən Səədə və şimal-qərbində yerləşən Həccə əyalətlərini bombalayıblar.
Yəhya əl-Səriinin sözlərinə görə, bu hücumlarda onlarla yəmənli mülki ölüb və yaralanıbdır.