Səud koalisiyasının qırıcıları 55 dəfə Yəmənin Səədə və Həccə əyalətlərini bombalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351211-səud_koalisiyasının_qırıcıları_55_dəfə_yəmənin_səədə_və_həccə_əyalətlərini_bombalayıblar
Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, təcavüzkar səud koalisiyasının qırıcıları ötən 12 saat ərzində 55 dəfə Yəmənin şimal-qərbində yerləşən Səədə və Həccə əyalətlərini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2019 05:06 Asia/Baku
  • Səud koalisiyasının qırıcıları 55 dəfə Yəmənin Səədə və Həccə əyalətlərini bombalayıblar
    Səud koalisiyasının qırıcıları 55 dəfə Yəmənin Səədə və Həccə əyalətlərini bombalayıblar

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, təcavüzkar səud koalisiyasının qırıcıları ötən 12 saat ərzində 55 dəfə Yəmənin şimal-qərbində yerləşən Səədə və Həccə əyalətlərini bombalayıblar.

Yəhya Əlsərii qeyd edib ki, bu hücumlarda onlarla yəmənli ölüb və yaralanıbdır.

Təcavüzkar səud koalisiyasının qırıcıları son günlər dəfələrlə Səədə və Həccə əyalətlərindəki yaşayış massivlərini bombalayıblar.

Səudiyyə Ərəbistanı/ ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə hərbi hücum etdi və bu ölkəni quru, dəniz və hava mühasirəsi altına aldı.

Ərəbistanın Yəməndə apardığı müharibə bu günə qədər on altı mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.

Ərəbistanın hərbi təcavüzü də həm də yoxsul Yəmən xalqını ağır qida və dərman qıtlığı ilə üzləşdiribdir.