"Qayıdış haqqı" yürüşünün 80-ci cüməsində 77 yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351212-qayıdış_haqqı_yürüşünün_80_ci_cüməsində_77_yaralı
Fələstin Səhiyyə Nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 80-ci cüməsində 77 nəfərin yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2019 05:07 Asia/Baku
  • "Qayıdış haqqı" yürüşünün 80-ci cüməsində 77 yaralı

Fələstin Səhiyyə Nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 80-ci cüməsində 77 nəfərin yaralanmasından xəbər verib.

"Qayıdış haqqı" yürüşü cümə günü "Bizim əsirlər, bizim Məsciduləqsa, gələcəyik!" adı altında keçirilib.

Sionist rejim hərbçiləri fələstinli aksiyaçılara divan tutarkən onlara qarşı hərbi güllədən əlavə, gözyaşardıcı və zəhərli qazlardan istifadə ediblər.

2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 330-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.

Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.