İraqda səud və amerikan telekanalların fəaliyyətləri qadağan edilib
İraq hökuməti ərəbistanın Ələrəbiyyə və Əlhəds telekanalları və Amerikadan yayılan Səva radiosu və ərəbdilli Əlhurrə telekanalının fəaliyyətlərini İraq məsələləri ilə rəftarda bu ölkənin qanunlarını pozduqlarına görə, qadağan edibdir.
İraqın Rabitə və Media Təşkilatı bu ölkədə mediaların fəaliyyətinə nəzarət üzrə rəsmi orqan kimi Bağdadda Əlhurrə telekanalının ofisini plomb edib.
Səud və amerikan telekanalların fəaliyyətləri İraqdakı etirazları qərəzli şəkildə işıqlandırdıqlarına görə dayandırılıbdır.
Ötən sentyabrda da İraqın Rabitə və Media Təşkilatı İraqdakı şiə və sünni dini mərcəiyyətə və orqanlara hörmətsizlik etdiyinə görə, Əlhurrə telekanalının fəaliyyətini üç ay müddətinə dayandırmış və bu medianın rəsmən üzr istəməsini tələb etmişdi.