BƏƏ qüvvələri Ədəndən çıxırlar
-
BƏƏ qüvvələri Ədəndən çıxırlar
Yəməndəki yerli mənbələr ifşa ediblər ki, əmirliklər ərəbistanla son razılaşması çərçivəsində öz hərbi qüvvələrini Ədəndən çıxarmaqdadır.
Yəməndəki yerli mənbələr ifşa ediblər ki, əmirliklər ərəbistanla son razılaşması çərçivəsində özünün xidmət və hərbi qüvvələrini, o sıradan elektrik enerjisi aparatlarını Ədəndən çıxarmaqdadır.
Digər tərəfdən,Ərəbistan da hərbi sursatlar göndərərək, Ədəndə boşaldılmış qərargahları öz əlinə alıbdır. Bununla belə, “Middle East” xəbər portal ifşa edərək bildirib ki, Suqutri adası hələ də əmirliklərin işğalındadır və bu ölkə YUNESKO-nun himayəsi altında olan çox sayda nadir ağacı bu adadan öğurlayaraq, öz ərazisinə köçürübdür.
Belə bir halda, Sənada Yəmən əsirlərinin milli komitəsinin sədri Əbdulqadir Əlmurtəza bildirib ki, 2015-ci ildən bəri azı 7 min əsir BMT-nin iştirakı olmadan müharibə tərəfləri vasitəsilə mübadilə edilibdir.
Bu elə bir haldadır ki, Səədə və Həccə ötən saatlarda azı 65 dəfə təcavüzkarların hava hücumlarına məruz qalıblar. Amma Yəmən ordusu işğalçıların sərhəd cəbhələrində irəliləmələrinin qarşısını almağa müvəffəq oldu. Bununla bir zamanda Amerika özünün “B-1B LANCER” tipli strateji bombardmançılarını Ərəbistan torpağında yerləşdiribdir.