Bir ayda ABŞ Əfqanıstana qarşı 1113 hava hücumu keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351415-bir_ayda_abŞ_Əfqanıstana_qarşı_1113_hava_hücumu_keçirib
ABŞ ordusu dünən bildirib ki, bu ölkə ordusunun Əfqanıstanda yerləşən qüvvələri sentyabr ayında bu ölkənin müxtəlif bölgələrini 1113 dəfə hava hücumu hədəfinə çeviriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2019 05:33 Asia/Baku
  • Bir ayda ABŞ Əfqanıstana qarşı 1113 hava hücumu keçirib
    Bir ayda ABŞ Əfqanıstana qarşı 1113 hava hücumu keçirib

ABŞ ordusu dünən bildirib ki, bu ölkə ordusunun Əfqanıstanda yerləşən qüvvələri sentyabr ayında bu ölkənin müxtəlif bölgələrini 1113 dəfə hava hücumu hədəfinə çeviriblər.

Amerika mediaları da bildiriblər ki, Amerikanın son aylarda Əfqanıstandakı hücumlarının sayı artmaqda olubdur.

ABŞ qüvvələri iyun ayında 537, avqust ayında isə 810 dəfə Əfqanıstanın müxtəlif bölgələrini hava hücumu hədəfinə çeviriblər.

Amerika hazırda Əfqanıstanda on beş minə yaxın qüvvəyə malikdir.

Amerika və müttəfiqləri Əfqanıstanda terrorizmlə mübarizə və təhlükəsizliyin təmini bəhanəsilə 2001-ci ildə bu ölkəyə basqın etdilər, amma o zamandan bəri bu ölkədə əmin-amansızlıq, terrorizm və narkotik maddələr istehsalı nəzərəçarpacaq artıma malik olubdur.