Suriyanın Rif-Dəməşq vilayətində çoxlu miqdarda amerikan silah və sursatı aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351418-suriyanın_rif_dəməşq_vilayətində_çoxlu_miqdarda_amerikan_silah_və_sursatı_aşkar_edilib
Suriya ordusu bu ölkənin Rif-Dəməşq vilayətində müəyyən miqdarda “TOW” tipli anti-tank raketi daxil olmaqla Amerika istehsalı olan çoxlu sayda silah və sursatın aşkar edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2019 07:39 Asia/Baku
  • Suriyanın Rif-Dəməşq vilayətində çoxlu miqdarda amerikan silah və sursatı aşkar edilib
    Suriyanın Rif-Dəməşq vilayətində çoxlu miqdarda amerikan silah və sursatı aşkar edilib

Suriya ordusu bu ölkənin Rif-Dəməşq vilayətində müəyyən miqdarda “TOW” tipli anti-tank raketi daxil olmaqla Amerika istehsalı olan çoxlu sayda silah və sursatın aşkar edilməsindən xəbər verib.

Suriya ordusu bildirib ki, bu silah və sursatları Rif-Dəməşq vilayətinin Şərqi Əlqələmun bölgəsində təmizləmə və axtarış gedişində aşkar edibdir.

Bu silahlar Şərqi Əlqələmun bölgəsində olan terror qruplaşmalarına aiddir.

Bundan öncə də Suriya ordusu bir neçə dəfə bu ölkənin müxtəlif bölgələrində Amerika daxil olmaqla Qərb ölkələrinin və sionist rejimin istehsalı olan silah və sursat aşkar etmişdi.