Pakistanda qatarda yanğın; həlak olanların sayı artır
Okt 31, 2019 09:46 Asia/Baku
-
Pakistanda qatarda yanğın; həlak olanların sayı artır
Pakistanın Pəncab əyalətinin “Rəhimyar xan” şəhərində bir sərnişin qatarında yanğın baş verib. Hadisədə həlak olanların sayı 62 nəfərə çatıb.
Kəraçi şəhərindən paytaxt İslamabadın yaxınlığında yerləşən Ravilpindi şəhərinə tərəf hərəkət edən bu qatar “Rəhimyar xan” şəhərində yanğına məruz qalıb. Nəticədə 62 nəfər ölüb, onlarla nəfər də bədən xəsarəti alıbdır.
Hadisə ilə əlaqədar Pakistanın prezidenti Arif Ələvi və baş naziri İmran xan öz müraciətlərində həlak olanların ailələrinə başsağlığı veriblər.
Pakistanın dəmiryolu üzrə məsul şəxsləri bir qaz balonunun partlamasını yanğının baş verməsinin əsas amili adlandırıblar.