Sionist rejim hərbi təyyarələri Qəzzə zolağını bombalayıblar
Noy 02, 2019 05:11 Asia/Baku
Sionist rejimin hərbi təyyarələri bu gün səhər bir daha Qəzzə zolağını raket hədəfinə alıblar.
İRİB-in verdiyi məlumata görə, fələstinli qaynaqlar bildiriblər ki, sionist rejimin hərbi təyyarələri Fələstin müqavimətinin Qəzzə zolağının şimal, mərkəz və cənubundakı mövqelərini bombalayıblar.
Bu hücumlardan sonra Qəzzədə bir neçə güclü partlayış səsi eşidilib.
Hələlik sionistlərin Qəzzəyə hücumlarının ehtimal olunan tələfatı və maddi ziyanları barədə məlumat yayılmayıb.