"Qayıdış haqqı" növbəti yürüşlərində 97 fələstinli xəsarət alıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351500-qayıdış_haqqı_növbəti_yürüşlərində_97_fələstinli_xəsarət_alıb
Sionist rejim hərbçilərinin Qəzzə zolağında 81-ci "Qayıdış haqqı" yürüşlərinin iştirakçılarına hücumları nəticəsində ən azı 97 fələstinli xəsarət alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2019 05:18 Asia/Baku

Sionist rejim hərbçilərinin Qəzzə zolağında 81-ci "Qayıdış haqqı" yürüşlərinin iştirakçılarına hücumları nəticəsində ən azı 97 fələstinli xəsarət alıb.

İRİB-in verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi dünən gecə bildirib ki, yürüşə qarşı sionistlərin hücumu nəticəsində yaralanmış fələstinlilər arasında bir neçə qadın və uşaq da var. 

"Qayıdış haqqı" yürüşləri dünən " Balfor bəyannaməsi məhv olacaq" adı altında keçirilib. 

"Qayıdış haqqı" dinc yürüşlərinə 2018-ci il 30 mart "torpaq günü" münasibəti ilə  Qəzzədə start verilərək hər cümə davam etdirilir.