Human Rights Watch təşkilatı ərəbistanda müxaliflərə divan tutulmasından narahatdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i351711-human_rights_watch_təşkilatı_ərəbistanda_müxaliflərə_divan_tutulmasından_narahatdır
Human Rights Watch təşkilatı bir hesabatda bildirib ki, 2017-ci ilin iyun ayından bəri səud hökuməti müxaliflərindən onlarla nəfər həbsdədir və onların bəziləri işgəncə altındadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2019 09:22 Asia/Baku
  • Human Rights Watch təşkilatı ərəbistanda müxaliflərə divan tutulmasından narahatdır
    Human Rights Watch təşkilatı ərəbistanda müxaliflərə divan tutulmasından narahatdır

Human Rights Watch təşkilatı bir hesabatda bildirib ki, 2017-ci ilin iyun ayından bəri səud hökuməti müxaliflərindən onlarla nəfər həbsdədir və onların bəziləri işgəncə altındadırlar.

Human Rights Watch təşkilatı dünən yayılan bir hesabatda ərəbistanda müxaliflərin geniş şəkildə həbs olunmalarını pisləyərək, əlavə edib ki, bu həbslər son iki ildə və səud rejiminin vəliəhdi Muhəmməd bin Salmanın qüdrətlənməsi ilə şiddətlənibdir.

Bu hesabatda əlavə olunur: Ərəbistan 2017-ci il sentyabrın onundan bəri daxili və xarici müxalifətlərə rəğmən, universitet işçiləri, iqtisadi ekspertlər, şairlər, hüquq fəalları, siyasi müxaliflər və elitlərdən təqribən 250 nəfəri həbs edibdir.

Human Rights Watch təşkilatı həmçinin ötən il səudiyyənin Türkiyənin İstanbul şəhərindəki konsulluğunda öldürülmüş tənqidçi jurnalist Camal Qaşıqçının qətli amillərinin mühakimə edilməmələri ilə bağlı təəssüf ifadə edibdir.