İŞİD-in Kərkükdəki fitnəsi uğursuz qaldı
-
İŞİD-in Kərkükdəki fitnəsi uğursuz qaldı
İraqın xalq səfərbər qüvvələri təşkilatı- Həşduşşəbi dünən gecə İŞİD terrorçularının bu ölkənin Kərkük vilayətinin bəzi bölgələrinə yiyələnmək üzrə səyini uğursuz qoymasından xəbər verib.
İraqın xalq səfərbər qüvvələri təşkilatının 15-ci diviziyasının xüsusi batalyonunun komandanı Tahir Abdullah bildirib ki, bu təşkilatın qüvvələri özünəməxsus bir əməliyyatda İŞİD terrorçularının Kərkük vilayətindəki ünsürlərinin hərəkətlərini zərərsizləşdirə biliblər.
Tahir Abdullahın bildirdiyinə görə, İŞİD terror qrupunun ünsürləri Kərkük vilayətində bir neçə bölgəyə hücum etməyə cəhd ediblər.
İŞİD terror qrupunun İraqdakı məğlubiyyətinə rəğmən, hələ bu terror qrupunun üzvlərindən bir qrupu bu ölkənin müxtəlif bölgələrində iştirak edir və dağınıq şəkildə terror hərəkətlərinə əl atır.