ABŞ sionist rejimin sionist qəsəbəsalmalarını qanuni adlandırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352386-abŞ_sionist_rejimin_sionist_qəsəbəsalmalarını_qanuni_adlandırıb
ABŞ-ın dövlət katibi dünən sionist rejimin Fələstin ərazisindəki işğalçılığını yenidən himayə edərək, bildirib ki, Vaşinqton daha sionist rejimin İordan çayının qərb sahilndəki sionist qəsəbəsalmalarını beynəlxalq qanunlarla təzadlı bilmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2019 08:09 Asia/Baku
  • ABŞ sionist rejimin sionist qəsəbəsalmalarını qanuni adlandırıb
    ABŞ sionist rejimin sionist qəsəbəsalmalarını qanuni adlandırıb

ABŞ-ın dövlət katibi dünən sionist rejimin Fələstin ərazisindəki işğalçılığını yenidən himayə edərək, bildirib ki, Vaşinqton daha sionist rejimin İordan çayının qərb sahilndəki sionist qəsəbəsalmalarını beynəlxalq qanunlarla təzadlı bilmir.

Mayk Pompeo bildirib ki, Vaşinqton sionist rejimin İordan çayının qərb sahilndə sionist qəsəbəsalmaları qarşısındakı mövqeyini dəyişibdir. O, iddia edib ki, bu qəsəbəsalmalar özü-özlüyündə beynəlxalq qanunların pozulması sayılmır.

Sionist rejim daim dünya ictimaiyyətinin tələbinə məhəl qoymadan sionistsakinli qəsəbələrin inşasını davam etdirir və bu sahədə Amerikanın himayəsinə malikdir.

Bütün bu qəsəbələr beynəlxalq qanunlara əsasən, qanunsuzdurlar.

BMT-nin Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də 2334 saylı bir qətnamədə sionist rejimdən istədi ki, tez bir zamanda və tam şəkildə işğal olunmuş Fələstin ərazilərindəki bütün qəsəbəsalma fəaliyyətərini dayandırsın.