İraqın Ziqar vilayətində 2 partlayış baş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352387-İraqın_ziqar_vilayətində_2_partlayış_baş_verib
İnformasiya mediaları bu gün səhər tezdən İraqın cənubundakı Ziqar vilayətində 2 partlayışın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2019 08:10 Asia/Baku
  • İraqın Ziqar vilayətində 2 partlayış baş verib
    İraqın Ziqar vilayətində 2 partlayış baş verib

İnformasiya mediaları bu gün səhər tezdən İraqın cənubundakı Ziqar vilayətində 2 partlayışın baş verməsindən xəbər veriblər.

Verilən xəbərlərə görə, bir əldəqayırma bomba Ziqar vilayətinin Əl-Əskan, digəri isə Əl-Qəda bölgələrində partlayıb. Bu iki partlayışın ehtimal üzrə törətdiyi xəsarət və tələfat barədə hələ məlumat yayılmayıbdır.

İŞİD terror qrupunun İraqdakı məğlubiyyətinə rəğmən, hələ bu terror dəstəsinin üzvlərindən bir qrupu bu ölkənin müxtəlif bölgələrində iştirak edir və dağınıq formada terror hərəkətləri törədir.