B. Əlcəfəri Vaşinqton və Təl-Əvivin Yaxın Şərq barədəki mövqelərini tənqid edib
Noy 19, 2019 13:31 Asia/Baku
-
B. Əlcəfəri Vaşinqton və Təl-Əvivin Yaxın Şərq barədəki mövqelərini tənqid edib
Suriyanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb kı, Vaşinqton və Təl-Əvivin nüvə silahı olmayan Yaxın Şərqə etiqadları yoxdur.
Bəşşar Əlcəfəri Nyu-Yorkda keçirilən “Nüvə silahlarına və digər kütləvi qırğın silahlarına malik olmayan Yaxın Şərq” konfransında etdiyi çıxışında əlavə edib: Amerika və sionist rejimin nüvə silahlarının yayılmasının qadağanı barədəki iddiaları reallıqdan uzaq olan sırf siyasi cəfəngiyyatdır.
Yaxın Şərq bölgəsində təkcə sionist rejim nüvə silahlarının yayılmaması müahidəsinə qoşulmayıbdır. Bu rejim həm də MAQATE-yə öz nüvə təsisatlarına nəzarət icazəsi vermir və hazırda bu konfransda iştirak etmir. Amerika da Təhlükəsizlik Şurasının daimi bir üzvü kimi nüvə silahlarının yayılmaması müahidəsindən çıxıbdır.