Suriya HHM qüvvələri sionist rejimin raket hücumu ilə mübarizə ediblər
Noy 20, 2019 07:46 Asia/Baku
Suriya mediaları bu gün səhər tezdən sionist rejimin Suriyanın paytaxtı Dəməşqə qarşı raket hücumundan xəbər veriblər.
Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bu raket hücumu ilə mübarizə aparıblar.
Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri bir neçə raketin izinə düşərək, onları məhv ediblər.
Suriyalı mənbələr bildiriblər ki, bu raketlər sionist rejim qırıcıları tərəfindən atılıbdır.
Bu məlumata görə, sionist rejim qırıcıları bu hücumu Suriyanın işğal olunmuş Cövlan bölgəsindən həyata keçiriblər.