BMT: Yəmən savaşı qurbanlarının yarısı qadınlar və uşaqlardır
-
BMT: Yəmən savaşı qurbanlarının yarısı qadınlar və uşaqlardır
BMT-nin Yəməndəki humanitar məsələlər üzrə koordinasiya ofisi bir bəyanatda bildirib ki, bu ölkədəki savaşın qurbanlarının yarısı qadınlar və uşaqlardır.
Bu ofis həmin statistikanı verərək, səud koalisiyasından istəyibdir ki, uşaqlar daxil olmaqla mülkiləri hədəfə almaqdan çəkinsin.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.
Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəməndəki militarizmi bu günə qədər on altı mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə gətirib çıxarıbdır.
Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.