Sionist hərbçilər Məsciduləqsa-ya basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352436-sionist_hərbçilər_məsciduləqsa_ya_basqın_ediblər
Sionist rejim hərbçiləri dünən gecə İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək, 8 fələstinlini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2019 17:54 Asia/Baku
  • Sionist hərbçilər Məsciduləqsa-ya basqın ediblər
    Sionist hərbçilər Məsciduləqsa-ya basqın ediblər

Sionist rejim hərbçiləri dünən gecə İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək, 8 fələstinlini həbs ediblər.

57 sionist qəsəbə sakini, 48 sionist tələbə və işğalçı rejimin kəşfiyyat qüvvələrindən iki nəfər işğal olunmuş Qüdsdə yerləşən Məsciduləqsa-nın ərazisinə basqın ediblər. Bu rejimin polis qüvvələrindən 9 nəfər Məsciduləqsa-da namaz qılan qadınlara hücum edib.

Fələstinli əsirlər üzrə informasiya ofisi də bildiribdir ki, işğalçı sionist rejimin baş məhkəməsi Nablus sakini olan fələstinli əsir Musəyyib Tofiq Əlhəndinin məhkəmə iclasını keçirəcək. Bu fələstinli əsir ağır cismani şəraitə malik olmuş olsa da 59 gün bundan öncədən aclıq keçirir.