ABŞ Suriyanın neft quyularını qəsb edibdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352457-abŞ_suriyanın_neft_quyularını_qəsb_edibdir
Suriyanın BMT-dəki daimi nümayəndəsi dünən deyib ki, Amerika Suriyanın neft quyularını qəsb və bu ölkə xalqının gəlirlərini BMT Təhlükəsizlik Şurasının sükutu altında qarət edir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Noy 23, 2019 07:13 Asia/Baku
  • ABŞ Suriyanın neft quyularını qəsb edibdir

Suriyanın BMT-dəki daimi nümayəndəsi dünən deyib ki, Amerika Suriyanın neft quyularını qəsb və bu ölkə xalqının gəlirlərini BMT Təhlükəsizlik Şurasının sükutu altında qarət edir.

Bəşşar Əlcəfəri BMT Təhlükəsizlik Şurasının Suriya barədəki yığıncağında Amerikanın işğalçılığını və Suriyanın neftini oğurlamasını pisləyib. Bildirib ki, Suriyaya qarşı savaş xaricdən terrorizmə verilən dəstəklərin dayanacağı zaman bitəcəkdir.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova son zamanlar bildirib ki, Amerika qanunsuz şəkildə Suriyanın şimal-şərqindəki neft yataqlarından ayda otuz milyon dollardan çox neft çıxarır.

Bundan öncə də amerikalı hərbçilərin Suriya neftinin qaçaqmalçılığı üçün İŞİD terror qrupu ilə həmkarlığı barədə məlumatlar yayılmışdı.

Amerika terror qrupları ilə mübarizə bəhanəsilə qanunsuz şəkildə Suriyada hərbi iştiraka malikdir.