ABŞ-ın hərbi karvanı Suriyaya daxil olub
Amerikanın tabeliyində olan hərbçilər karvanı İraq ilə Suriya arasında yerləşən Əlvəlid keçidi vasitəsilə Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətinə daxil olub.
Tankerlər və yük maşınları daxil olmaqla on bir avtomobilə şamil olan amerikalı terrorçu hərbçilərə aid hərbi karvan dünən axşamçağı qanunsuz şəkildə Əlvəlid keçidi vasitəsilə Suriyaya daxil olub.
ABŞ hərbi karvanının Suriyaya daxil olması elə bir halda həyata keçir ki, Amerika prezidenti Donald Tramp oktyabr ayında amerikalı hərbçilərin Suriyadan çıxacaqlarını iddia etmişdi.
Bir neçə gün sonra Tramp öz qabaqkı sözləri ilə təzadlı şəkildə iddia etdi ki, bəzi Amerika hərbçiləri nefti qorumaq üçün Suriyada qalacaqlar.
Bu arada Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşşar Əlcəfəri dünən axşamçağı dedi ki, Amerika Suriyanın neft quyularını qəsb və bu ölkə xalqının gəlirlərini BMT Təhlükəsizlik Şurasının sükutu altında qarət edir.
Suriyanın neft ehtiyatlarının doxsan faizə yaxını Fərat çayının şərq bölgəsində yerləşir. Bu bölgə bundan öncə İŞİD-in, hazırda isə Amerikanın himayə etdiyi qüvvələrin nəzarəti altındadır