Təl-Əvivdə Netanyahuya qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352661-təl_Əvivdə_netanyahuya_qarşı_aksiya_keçirilib
İşğal olunmuş Fələstin ərazilərinin sakinlərindən yüzlərlə nəfər dünən gecə Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiyasına etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2019 05:12 Asia/Baku
  • Təl-Əvivdə Netanyahuya qarşı aksiya keçirilib
    Təl-Əvivdə Netanyahuya qarşı aksiya keçirilib

İşğal olunmuş Fələstin ərazilərinin sakinlərindən yüzlərlə nəfər dünən gecə Təl-Əvivdə sionist rejimin baş naziri Benyamin Netanyahunun korrupsiyasına etiraz olaraq, aksiya keçirib.

Aksiyaçılar bu nümayişdə verdikləri şüarlarda Netanyahunun istefasını tələb ediblər.

İşğal olunmuş ərazilər son aylar Benyamin Netanyahunun korrupsiyasına qarşı aksiyaların şahidi olubdur.

Sionist rejimin baş prokuroru Avixay Mendelblit ötən cümə axşamı günü bu rejimin baş naziri Benyamin Netanyahuya qarşı cinayət işi açaraq, onu korrupsiya, saxtakarlıq və ictimai etimaddan sui-istifadədə ittiham etdi.

Netanyahu son aylar ərzində dörd korrupsiya işində ilişib qalıbdır. Bu işlər medialarda min, iki min, üç min və dörd mininci işlər kimi tanınır.

Mininci iş, varlı tacirlərdən hədiyyələr almaqla bağlıdır. İki mininci iş, sionist rejimin baş nazirinin rəqib qəzetin qarşısında maneələr yaratmaq qarşılığında onun nazirlər kabineti ilə bağlı xəbərlərin yaxşıca işıqlandırılması üçün “Yediot Ahornot” sionist qəzetinin sahibi ilə sövdələşməilə bağlıdır.

Üç mininci işdə də Netanyahu Almaniyadan sualtı qayıq satın almaq gedişindəki sövdələşmədə ittiham olunur.

Dördüncü iş olan dörd mininci işdə Netanyahu Bezek şirkətinin sahibi Şaul Eloviçə milyonlarla dollar kredit ödəməkdə ittiham olunur.

Netanyahu, əleyhinə cinayət işi açılan sionist rejimin ilk məsul şəxsi deyildir. Bu rejimin məsul şəxsləri arasında əxlaq və maliyyə pozğunluqları adi bir məsələdir.