Sionist qəsəbə sakinləri Əlxəlilə basqın ediblər
Noy 24, 2019 13:55 Asia/Baku
-
Sionist qəsəbə sakinləri Əlxəlilə basqın ediblər
Sionist qəsəbə sakinləri Əlxəlil şəhərində fələstinlilərin mənzillərini daşa basaraq, bir neçə nəfəri yaralayıblar.
Sionist qəsəbə sakinlərinin İordan çayının qərb sahilinin cənubunda yerləşən Əlxəlil şəhərinə qarşı hücumunda onlarla fələstinli yaralanıb. Bu arada yaş yarımlıq fələstinli bir uşaq da baş nahiyəsindən yaralanıbdır.
Minlərlə sionist qəsəbə sakini dünən də sionist rejim hərbçilərinin dəstəyilə Əlxəlildə İbrahim məscidinə daxil olub. Onlar bu məscidi fələstinli namaazqılanların üzünə bağlayaraq, məsciddən azanın verilməsinə mane olublar.
Əlxəlil şəhəri fələstinlilər üçün bir çox tarixi və dini önəmə malikdir.