İdlibdə bir kənd azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352673-İdlibdə_bir_kənd_azad_edilib
Suriyanın ordu qüvvələri bu gün Cibhətunnusrə terrorçuları ilə toqquşduqdan sonra İdlib şəhərinin cənub-şərqində yerləşən Əlməşirfə kəndinin işğalına son qoya biliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2019 13:56 Asia/Baku
  • İdlibdə bir kənd azad edilib
    İdlibdə bir kənd azad edilib

Suriyanın ordu qüvvələri bu gün Cibhətunnusrə terrorçuları ilə toqquşduqdan sonra İdlib şəhərinin cənub-şərqində yerləşən Əlməşirfə kəndinin işğalına son qoya biliblər.

Bu kəndin beş ildən sonra azad edilməsi Suriyanın ordu qüvvələrinin Cibhətunnusrə terrorçuları ilə şiddətli və geniş döyüşlərindən və onları ağır tələfat və xəsarətə uğratmalarından sonra baş veribdir.

Bu əməliyyatda Suriya ordusunun  müqavimətilə üzləşən bir qrup terrorçu İdlibdəki mövqelərinə tərəf qaçıbdır.

Suriya ordusu avqust ayında da İdlib vilayətinin bir çox hissəsini, o cümlədən strateji Xan Şiyxun şəhərini və Həmah vilayətinin şimal-qərb bölgələrini terrorçuların əlindən çıxarmışdı.