Hizbullah iki Livan vətəndaşının öldürülməsini pisləyib
-
Hizbullah iki Livan vətəndaşının öldürülməsini pisləyib
Livan Hizbullahı iğtişaşçıların bir Livan vətəndaşının avtomobilinə qarşı hücumunu və onun iki sərnişinini öldürmələrini pisləyib.
Hussəyn Şəlhub və həyat yoldaşı Səna Əlcəndi dünən avtomobillərinin iğtişaşçılar tərəfindən Əlciyyə bölgəsində yandırılması hadisəsində həyatlarını itiriblər.
Livan Hizbullahı iğtişaşçıların vətəndaşların avtomobillərini yandırmaq üzrə hərəkətini terror hərəkəti adlandırıb. Livanda “Müqavimətə sədaqət” adlı parlament fraksiyası da təhlükəsizlik orqanlarından istəyibdir ki, bu hadisənin amillərini üzə çıxararaq, cəzalandırsın.
Belə bir halda, Beyrutun Cənubi Zahiyyə bölgəsinin əhalisi dünən gecə etiraz aksiyası keçirərək, bəzi iğtişaşçılar tərəfindən əlaqə yollarının bağlanmasını pisləyibdir. Onlar şam yandıraraq, öldürülmüş iki Livan vətəndaşına hörmət ifadə ediblər.
Livan şəhərləri oktyabr ayından bəri bu ölkədəki iqtisadi böhrana və vergilərin vəziyyətinə qarşı xalq aksiyalarının şahididir.