Suriya ordusu İdlibin ətrafında başqa bir strateji qəsəbəni ələ keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352811-suriya_ordusu_İdlibin_ətrafında_başqa_bir_strateji_qəsəbəni_ələ_keçirib
Suriya ordusu İdlibin cənub ətrafındakı irəliləyişlərinin davamında mühüm və strateji Əlsir qəsəbəsini ələ keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 26, 2019 12:18 Asia/Baku
  • Suriya ordusu İdlibin ətrafında başqa bir strateji qəsəbəni ələ keçirib
    Suriya ordusu İdlibin ətrafında başqa bir strateji qəsəbəni ələ keçirib

Suriya ordusu İdlibin cənub ətrafındakı irəliləyişlərinin davamında mühüm və strateji Əlsir qəsəbəsini ələ keçirib.

Suriyanın ordu qüvvələri dünən də İdlibin cənub-şərqində yerləşən Ummulxəlaxil  və Əlzərzur qəsəbələrini terrorçuların işğalından çıxara bilmişdilər.

Suriya ordusu İdlibin cənub-şərqindəki əməliyyatının ikinci etapını noyabrın 16-dan geniş aviasiya və artilleriya hücumları ilə başlayıb və indiyədək bu bölgədə terrorçularla döyüşdə yeni nailiyyətlər qazanıbdır.

Suriya prezidenti Bəşşar Əsəd bundan öncə bildirmişdi ki, İdlib cəbhəsi terrorçuarın bu ölkədəki iştiraklarına son qoymaq üçün sonuncu döyüş cəbhəsidir.

Suriya dəfələrlə İdlibin azad edilməsi üzrə əzmkarlığını vurğulayıb və bu bölgədə yerləşən xarici qüvvələrə və terrorçulara bildiribdir ki, İdlibdən çıxsınlar.