Sionist hərbçilər azı üç fələstinlini həbs ediblər
-
Sionist hərbçilər azı üç fələstinlini həbs ediblər
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhmdə fələstinlilərə qarşı hücumunda azı üç fələstinli yaralanıb.
Sionist rejim hərbçiləri bu gün Beyt-Ləhmə basqın edərək, iki fələstinlini də həbs ediblər.
Sionistlər özlərinin ekspansianist hədəflərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum və boş iddialarla fələstinliləri həbs edirlər.
Digər bir xəbərə görə, sionist qəsəbə sakinləri fələstinlilərin Nablusun şimal-qərbində yerləşən Səbsətiyyə qəsəbəsindəki zeytun bağlarına hücum edərək, bu bağları yandırıblar.
Sionist qəsəbə sakinlərinin fələstinlilərin bağları və əkin sahələrinə qarşı hücumları elə bir halda həyata keçir ki, işğalçı sionist rejim Fələstin xalqına aid olan torpaqları müsadirə edərək, bu ərazilərdə qəsəbəsalmaları genişləndirməyə çalışır.