Fələstində anti-Amerika nümayişi
Minlərlə fələstinli dünən Amerikanı sionist rejimin Fələstin bölgələrində sionist qəsəbə salmasını himayə etməsinə etiraz olaraq, aksiya keçirib.
Fələstinlilər bu nümayişdə ABŞ və sionist rejimin bayraqlarını yandırıblar.
Sionist rejim hərbçiləri də aksiyaçılara basqın edərək, azı 63 fələstinlini yaralayıblar.
ABŞ dövlət katibi noyabrın 18-də sionist rejimin Fələstin ərazilərindəki işğalçılığına bir daha dəstək verərək, bildirib ki, Vaşinqton bundan sonra sionist rejimin İordan çayının qərb sahilindəki sionist qəsəbəsalmalarını beynəlxalq qanunlara zidd hesab etmir.
Mayk Pompeo Vaşinqtonun sionist rejimin qərb sahilindəki qəsəbəsalmaları qarşısındakı siyasətini dəyişdiyini bildirərək, iddia edibdir ki, bu qəsəbəsalmalar özü-özlüyündə beynəlxalq qanunların pozulması sayılmır.
Sionist rejim daim dünya ictimaiyyətinin tələbinə məhəl qoymadan sionistsakinli qəsəbələrin inşasını davam etdirir və bu sahədə Amerikanın himayəsindən yararlanır.
Bütün bu qəsəbələr beynəlxalq qanunlara görə, qanunsuzdur.