Əbdulməhdi faktaraşdırıcı komitənin təşkilinə göstəriş verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352960-Əbdulməhdi_faktaraşdırıcı_komitənin_təşkilinə_göstəriş_verib
İraqın baş naziri Adil Əbdulməhdi Ziqar və Nəcəf vilayətlərindəki hadisələrlə bağlı faktaraşdırıcı komitənin təşkili barədə göstəriş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2019 05:46 Asia/Baku
  • Əbdulməhdi faktaraşdırıcı komitənin təşkilinə göstəriş verib
    Əbdulməhdi faktaraşdırıcı komitənin təşkilinə göstəriş verib

İraqın baş naziri Adil Əbdulməhdi Ziqar və Nəcəf vilayətlərindəki hadisələrlə bağlı faktaraşdırıcı komitənin təşkili barədə göstəriş verib.

İraqın baş naziri vurğulayıb ki, Ziqar və Nəcəf vilayətlərində baş verən hadisələr barədə araşdırma aparacaq.

İğtişaşçılar çərşənbə günü gecə İranın Nəcəf şəhərindəki konsulluğuna hücum edərək, bu məkanı yandırıblar.

İraqın xalqından və hərbi qüvvələrindən bir qrupu son günlərin hadisələri və iğtişaşçıların Ziqar və Nəcəf vilayətlərindəki hərəkətləri gedişində ölüb və yaralanıbdır.

İraqın baş naziri Adil Əbdulməhdi həmçinin Əlnasiriyyə hadisələrindən sonra Ziqar vilayətinin hərbi komandanı briqada generalı Cəmil Əlşimrini çağırtdırıbdır.

Belə bir halda, Kərbəla polis komandanlığı bir məlumatda bildiribdir ki, iğtişaşçılar dünən gecə iki qumbara ilə Kərbəla şəhərindəki hərbi qüvvələrə hücum ediblər.

Kərbəla polis komandanlığının məlumatında deyilir ki, iğtişaşçıların polis məmurlalarına və hərbi qüvvələrə qarşı hücumunda azı 19 nəfər yaralanıbdır.

Nəcəf polis komandanlığı da bildiribdir ki, vəziyyətə nəzarət üçün bu şəhərdə komendant saatı cümə günü səhərədək davam edəcək.

Nəcəf polis komandanlığının bildirişinə görə, Nəcəfdə şəhid Muhəmməd Baqir Həkimin məqbərəsi ətrafında toqquşma və iğtişaş davam edir.

İraqlı informasiya mənbələri bildiriblər ki, iğtişaşçılar şəhid Həkimin məqbərəsi ətrafında əmin-amansızlıq yaratmaqla məqbərəyə girmək və onu yandırmağa çalışırlar.

İraqlı rəsmilərin sözlərinə görə, ABŞ-sionist rejim-Ərəbistan üçbucağı Nəcəf və Kərbəla xüsusiyyət təşkil etməklə İraqdakı son günlərin hadisələri və əmin-amansızlıqlarının pərdə arxasında durur.

İranın İraqdakı səfiri İrəc Məscedi də deyib ki, Nəcəf hadisəsi və İanın bu şəhərdəki konsulluğuna hücumda məqsəd, Bağdad-Tehran münasibətlərini pozmaqdır.