Sionist rejim UNRWA-nın işğal olunmuş Qüdsdəki fəaliyyətini dayandırmaq istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i352967-sionist_rejim_unrwa_nın_işğal_olunmuş_qüdsdəki_fəaliyyətini_dayandırmaq_istəyir
Sionist rejim BMT-nin fələstinli didərginlər üçün nəzərdə tutulmuş Kömək və İşəgötürmə Agentliyi- UNRWA-nın fəaliyyətini məhdudlaşdırmaq istiqamətində bu beynəlxalq təşkilatın işğal altında olan Qüdsdəki fəaliyyətini tam şəkildə dayandıracaq bir qanun qəbul etməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 29, 2019 10:42 Asia/Baku
  • Sionist rejim UNRWA-nın işğal olunmuş Qüdsdəki fəaliyyətini dayandırmaq istəyir
    Sionist rejim UNRWA-nın işğal olunmuş Qüdsdəki fəaliyyətini dayandırmaq istəyir

Sionist rejim BMT-nin fələstinli didərginlər üçün nəzərdə tutulmuş Kömək və İşəgötürmə Agentliyi- UNRWA-nın fəaliyyətini məhdudlaşdırmaq istiqamətində bu beynəlxalq təşkilatın işğal altında olan Qüdsdəki fəaliyyətini tam şəkildə dayandıracaq bir qanun qəbul etməyə çalışır.

Sionist rejim parlamenti- knessetin üzvü və işğal olunmuş Qudsün keçmiş meri Nir Barkat hazırda, işğal altında olan Fələstin ərazilərində UNRWA-dan sionist rejimə qarşı təhrik və nifrət vasitəsi kimi  istifadə edildiyini bildirib.

ABŞ hökuməti "əsrin sövdələşməsi" ni qəbul etmələri üçün fələstinlilərə təzyiq göstərmək üçün 2018-ci ilin yanvarında UNRWA-ya verdiyi 300 milyon dollarlıq yardımını kəsdi.

UNRWA qərb sahilində, Qəzzə zolağında, həmçinin İordaniya, Livan və Suriyada 6 milyona yaxın didərgin və mühacirə kömək edirdi və bu yardımın kəsilməsi agentlik üçün böyük maliyyə böhranı yaradıbdır.