Yəmənlilər Səudiyyə Ərəbistanının bir ədəd PUA-nı məhv ediblər
-
Yəmənlilər Səudiyyə Ərəbistanının bir ədəd PUA-nı məhv ediblər
Yəmən ordusu və xalq komitələrinin hava hücumundan müdafiə bölməsi dünən gecə ölkənin şimalında yerləşən Həccə vilayətində təcavüzkar Səudiyyə Ərəbistanının bir ədəd Pilotsuz Uçan Aparatını məhv edib.
İRİB-in verdiyi məlumata görə, Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əssəri deyib: PUA bir ədəd quru-hava raketi ilə hədəfə alınıb.
Səudiyyə koalisiyasının Yəmənə hücuma başladığı gündən Yəmən ordusu və xalq komitələri indiyədək Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin onlarla casusluq PUA-larını məhv ediblər.
Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin Səudiyyə təcavüzkarlarının sərhəd cəbhələrindəki 3 genişmiqyaslı hücumunun dəf olunduğundan xəbər verib.
Yəhya Əssəri deyib: Təcavüzkarlar indiyədək sərhəd cəbhələrində irəliləyə bilməyiblər və yəmənli qüvvələrin əks hücumları nəticəsində onlarla səudiyyəli və sudanlı öldürülüb.
Sudan ordusu 2015-ci ildən bəri hərbi qüvvə və təchizatlar göndərərək Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarında iştirak edir.