Yəməndə səudun tabeliyində olan qüvvələrin baş komandanı öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353279-yəməndə_səudun_tabeliyində_olan_qüvvələrin_baş_komandanı_öldürülüb
Yəmənli mənbələr bu ölkənin cənubunda yerləşən Təiz əyalətində səudun tabeliyində olan qüvvələrin 35-ci zirehli qoşununun komandanı Ədnan əl-Həmadinin öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2019 05:48 Asia/Baku
  • Yəməndə səudun tabeliyində olan qüvvələrin baş komandanı öldürülüb
    Yəməndə səudun tabeliyində olan qüvvələrin baş komandanı öldürülüb

Yəmənli mənbələr bu ölkənin cənubunda yerləşən Təiz əyalətində səudun tabeliyində olan qüvvələrin 35-ci zirehli qoşununun komandanı Ədnan əl-Həmadinin öldürülməsindən xəbər veriblər.

Əbd Rəbbuh Mənsur Hadinin qüvvələrinin baş komandanı briqada generalı Ədnan əl-Həmadinin Təizdə öldürülməsi elə bir halda baş veribdir ki, son zamanlar əmirliklərin dəstəyinə malik olan Yəmənin cənubu üzrə keçid şurası Ərriyadda Ərəbistan tərəfindən himayə olunan istefa vermiş hökumətin qüvvələrilə müştərək bir hökumətin təşkili barədə razılığa gəlibdir.

Təqribən dörd ay bundan öncədən Yəmənin cənubu üzrə keçid şurasının qüvvələrilə Mənsur Hadinin qüvvələri arasında Ədən əyalətində və Yəmənin bəzi cənub əyalətlərində döyüşlər başlanıbdır.

Döyüşlər əmirliklər tərəfindən dəstək alan "təhlükəsizlik qurşağı" adlı qüvvələr avqustun onunda Ədən şəhərinin strateji mərkəzləri və prezident sarayının nəzarətini ələ alan zamandan bəri şiddətlənibdir.