Sionist rejim fələstinlilərə 47 milyard dollarlıq xəsarət vurub
-
Sionist rejim fələstinlilərə 47 milyard dollarlıq xəsarət vurub
BMT-də Fələstin xalqına humanitar yardımlar üzrə koordinator deyib: Fələstinlilər 2000-ci ildən 2017-ci ilədək sionistlərin hərəkətlərinə görə, 47 milyard 700 milyon dollar ziyan çəkiblər.
Mahmud Əlxəfif Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargahında, bu təşkilatın Ticarət və İnkişaf üzrə Konfransı- UNKTAD-da deyib: Sionist rejimin Fələstin xalqına vurduğu iqtisadi ziyanlar, fələstinli təşkilatı öz maliyyə mənbələrinə nəzarətdən məhrum etmək, fələstinlilərin və onların əmtəə mallarının gediş-gəlişinin qarşısını almaq, qanusuz yollarla Fələstinin maliyyə mənbələrini sionist rejimə daxil etmək kimi fələstinlilərə qarşı maliyyə hərəkətləri məcmuəsinə şamil olur.
Bu məlumata görə, fələstinlilərin maliyyə gəlirlərindən 6 milyard 600 milyon dollar, həmçinin 28 milyard dollardan yuxarı kredit faizi qanunsuz yolla sionist rejimə ötürülübdür.