Suriyanın kimyəvi silahı yoxdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353400-suriyanın_kimyəvi_silahı_yoxdur
Suriya xarici işlər nazirinin müavini Qərbin Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi ilə bağlı ittihamlarını "qeyri-real" adlandırıb və Dəməşqin kimyəvi silahdan istifadə etməsinə dair saxta ssenarinin Qərbin Suriyaya qarşı fitnəsinin bir hissəsi olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2019 11:30 Asia/Baku
  • Suriyanın kimyəvi silahı yoxdur
    Suriyanın kimyəvi silahı yoxdur

Suriya xarici işlər nazirinin müavini Qərbin Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi ilə bağlı ittihamlarını "qeyri-real" adlandırıb və Dəməşqin kimyəvi silahdan istifadə etməsinə dair saxta ssenarinin Qərbin Suriyaya qarşı fitnəsinin bir hissəsi olduğunu bildirib.

Feysəl Əlmiqdad dünən Livanın Əlməyadin telekanalı ilə müsahibədə vurğulayıb ki, Suriyanın kimyəvi silahı yoxdur. O, deyib: Qərblilər, Türkiyə, ərəb ölkələri, o sıradan Ərəbistan Suriyadakı terror qruplarını kimyəvi maddələrlə təmin ediblər. Suriya xarici işlər nazirinin müavini bildirib ki, bu barədə Rəsmi Dəməşqin əlində fakt və sənədlər vardır. O, qeyd edib ki, terrorçular kimyəvi silahdan Suriyanın ordusu və xalqına qarşı istifadə edirlər.

Dəməşqin kimyəvi silahdan istifadə etməsinə dair saxta xəbərlər daim ABŞ-ın və müttəfiqlərinin Suriyanın ərazisinə soxulmaq və hərbi hücumlar həyata keçirmək, həmçinin bu ölkənin hərbi və iqtisadi infrastrukturlarını bombalamaq üçün bir bəhanə olubdur.