İŞİD İraqın durumundan sui-istifadə edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353403-İŞİd_İraqın_durumundan_sui_istifadə_edir
İŞİD-in sionist-vəhhabi terrorçuları İraqın bir sıra şəhərlərindəki aksiyalardan öz məhbuslarını qaçırtmaq üçün sui-istifadə etməyə çalışırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 05, 2019 14:25 Asia/Baku
  • İŞİD İraqın durumundan sui-istifadə edir
    İŞİD İraqın durumundan sui-istifadə edir

İŞİD-in sionist-vəhhabi terrorçuları İraqın bir sıra şəhərlərindəki aksiyalardan öz məhbuslarını qaçırtmaq üçün sui-istifadə etməyə çalışırlar.

Əlaləm telekanalının müxbiri Malik Əlsamirai xəbər verib: İraqda İŞİD terror qrupu bu ölkənin bir sıra şəhərində keçirilən aksiyalardan və hərbi bölmələrin şəhərlərdə olmalarından sui-istifadə edərək, bir daha səhnəyə qayıtmağa və zidanlara basqın edərək, öz komandirlərindən minlərlə nəfəri qaçırtmağa çalışır.

İraqın təhlükəsizlik qüvvələri İŞİD-in və ya İŞİD terrorizminin hər cür qayıdışının qarşısını almaq üçün hazır vəziyyət elan ediblər. İraqın xalq səfərbər qüvvələri həmin terror qrupunun bu ölkənin şimalında yerləşən Neynəva vilayətinin cənubundakı Əlhizr bölgəsində həyata keçirdiyi yeni hücumla mübarizədən xəbər verib.

İraqın xalq səfərbər qüvvələri əlavə edib: Bu, bir gündə həyata keçirilən ikinci terror hücumu sayılır. Bu informasiya qərargahı bildirib ki, Kərkük vilayətinin Əlhuvəycə bölgəsi polisindən bir bölmə Əbu-Xəldun kimi tanınan məşhur terrorçunu həbs edib. O, Əbubəkr Əlbəğdadinin müavini olubdur. Əbu-Xəldun bundan öncə Səlahəddin vilayətinin hərbi başçısı vəzifəsini daşıyıbdır.

Belə bir halda, İraqın kəşfiyyat orqanı ifşa edərək bildiribdir ki, terrorçu İŞİD ünsürləri bir xarici tərəfin dəstəyilə Əlnasiriyyə şəhərini hərc-mərcliyə sövq etdirdikdən, həmçinin təhlükəsizlik qüvvələrilə toqquşmadan sonra Əlhut zindanına basqın edərək, oradakı məhbusları qaçırtmaq niyyətindədirlər.

İraqın xalq səfərbər qüvvələri təşkilatının sədri Əbu Məhdi Əlmuhəndis deyib ki, bu qüvvələr İŞİD-in ölkənin təhlükəsizlyini hədələmək üçün geri dönməsinə heç vaxt və heç bir şəraitdə icazə verməyəcəklər. O, vurğulayıb: İraqın xalq səfərbər qüvvələri bütün əməliyyat bölgələrində İŞİD-in tabeliyində olan özəklərlə mübarizə üçün tam hazır vəziyyətdədirlər.

Neynəva pois idarəsinin müdiriyyəti ötən ay Mosul şəhərinin mərkəzində yerləşən Əltəsfirat zindanından bir qrup məhbusun qaçmasına göstərilən cəhdi uğursuz qoymasından xəbər verdi. Bildirdi ki, onlarla terrorçu İŞİD ünsürünün saxlanıldığı bu zindanın nəzarətini ələ alıbdır.