Beynəlxalq Cinayət Məhkəməsi sionist rejimin işğalçılıqlarının genişlənməsindən nigarançılıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353413-beynəlxalq_cinayət_məhkəməsi_sionist_rejimin_işğalçılıqlarının_genişlənməsindən_nigarançılıq_edib
Beynəlxalq Cinayət Məhkəməsinin müstəntiqi İordan dərəsinin ehtimal üzrə işğal olunmuş Fələstinə qatılması haqda nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2019 06:41 Asia/Baku
  • Beynəlxalq Cinayət Məhkəməsi sionist rejimin işğalçılıqlarının genişlənməsindən nigarançılıq edib
    Beynəlxalq Cinayət Məhkəməsi sionist rejimin işğalçılıqlarının genişlənməsindən nigarançılıq edib

Beynəlxalq Cinayət Məhkəməsinin müstəntiqi İordan dərəsinin ehtimal üzrə işğal olunmuş Fələstinə qatılması haqda nigarançılıq edib.

Beynəlxalq Cinayət Məhkəməsinin müstəntiqi Fato Bensuda bir məlumatda bildirib ki, sionsit rejimin İordan dərəsini öz hakimiyyəti altında olan ərazilərə qatması ehtimalı ciddi nigarançılıq hallarındandır.

Beş il bundan öncə sionist rejimin İordan çayının qərb sahilindəki işğalçılığı ilə bağlı cinayət işini araşdırmağa başlayan Bensuda builki hesabatda da 2018-ci il hesabatında olduğu kimi deyibdir ki, sionist rejimin hərbi cinayət işinə giriş barədə qərarın qəbul edilməsi ərəfəsindədir.

Bensudanın hesabatı sionist rejimn baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla telefon söhbətində İordan dərəsinin işğal olunmuş Fələstinə qatılması haqda danışdığını bildirməsindən bir neçə gün sonra yayılır.