Liviya milli birlik hökuməti Həftər qüvvələrinin geri çəkilmələrindən öncə atəşkəslə müxalifət edib
-
Liviya milli birlik hökuməti Həftər qüvvələrinin geri çəkilmələrindən öncə atəşkəslə müxalifət edib
Liviya milli birlik hökuməti Xəlifə Həftərin başçılıq etdiyi “Liviya milli ordusu” adlandırılan dəstə qüvvələrinin paytaxt Tripolidən geri çəkilmələrindən öncə bu ölkədə atəşkəsin bərqərarı ilə müxalifət edib.
Liviya milli birlik hökumətinin baş naziri Faiz Əlsərac Avropa Birliyinin nümayəndəsi və Almaniyanın Liviyadakı səfiri ilə görüşdə deyib ki, onun hökuməti BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, hər cür danışıq və ya razılaşma üçün əsas mərkəz kimi Liviya siyasi razılaşmasına sadiqdir, amma bu ölkədə atəşkəsin bərqərarı Həftər qüvvələrinin Tripolidən çıxmalarından asılı olacaqdır.
Son günlər Xəlifə Həftərin başçılıq etdiyi “Liviya milli ordusu” adlandırılan dəstənin qüvvələri ilə Liviya milli birlik hökumətinin qüvvələri arasında paytaxt Tripolinin ətrafında gedən döyüşlər öz kulminasiya nöqtəsinə çatıbdır.