İraq mərcəiyyəti bir daha təhlükəsizlik qüvvələrinə dəstək olduğunu vurğulayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i353433-İraq_mərcəiyyəti_bir_daha_təhlükəsizlik_qüvvələrinə_dəstək_olduğunu_vurğulayıb
İraq şiələrinin yüksək dərəcəli təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi Kərbəlanın cümə namazı xütbələrində mərcəiyyət adından sui-istifadə edilməməsi vacibliyini vurğulayaraq, deyib ki, İraqın durumu adi hala qayıtmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2019 05:44 Asia/Baku
  • İraq mərcəiyyəti bir daha təhlükəsizlik qüvvələrinə dəstək olduğunu vurğulayıb
    İraq mərcəiyyəti bir daha təhlükəsizlik qüvvələrinə dəstək olduğunu vurğulayıb

İraq şiələrinin yüksək dərəcəli təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi Kərbəlanın cümə namazı xütbələrində mərcəiyyət adından sui-istifadə edilməməsi vacibliyini vurğulayaraq, deyib ki, İraqın durumu adi hala qayıtmalıdır.

Əbdulməhdi Əlkərbəlayi deyib: Əgər xalq hərəkətləri genişlənərsə, əllərində qüdrət olan kəslərə qarşı təzyiq üçün faydalı bir vasitə ola bilər ki, bu yolla əsl islahatlar aparılmış olsun.

O, bildirib ki, aksiyaların təxribatdan uzaq qalması hamının üzərinə düşən bir məsuliyyətdir. Əlkərbəlayi əlavə edib: Ümumi nizam-intizamda hərc-mərclik və qarışıqlığın qarşısının alınması təhlükəsizlik xidmətlərinə ehtiyaclıdır.

Əlkərbəlayi həmçinin hərc-mərcliyin və təxribatın qarşısının alınması və sülhə dəstək istiqamətində İraq köçərilərinin roluna görə təşəkkür edib.

İraq mərcəiyyətinin nümayəndəsi islah şüarlarında mərcəiyyətin adından sui-istifadə edilməməsinə təkid edərək, ümidvarlıq edibdir ki, baş nazir və yeni nazirlər kabinetinin üzvləri qanuni zaman müddətində hər cür xarici müdaxilədən uzaq bir şəraitdə seçiləcəklər.

Bağdad əhalisindən minlərlə nəfər dünən bu ölkənin dini mərcəiyyətini himayə istiqamətində aksiya keçirib.